HavaXəbərlər

Yeni Su-30SM2 və Su-34 təyyarələri Rusiya Müdafiə Nazirliyinə təhvil verilib

“Birləşmiş Aviasiya Korporasiyası” (UAC) yeni Su-30SM2 çoxməqsədli qırıcılarını və Su-34 qırıcı-bombardmançılarını Rusiya Müdafiə Nazirliyinə təhvil verib.

“Poliqon” UAC-yə istinadən xəbər verir ki, təyyarələr bütün zəruri sınaqlardan uğurla keçdikdən sonra daimi xidmət yerlərinə göndərilib.

Su-30SM2 qırıcısı Rusiya Hərbi-Kosmik Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin aviasiya parkında olan Su-30SM təyyarələrinin daha da inkişaf etdirilmiş versiyasıdır. Təyyarə yüksək uçuş-texniki göstəricilərə və üstün manevr qabiliyyətinə malikdir. Aparılmış dərin modernizasiya təyyarənin imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Güclü radar sistemi əvvəlki versiya ilə müqayisədə hədəfləri daha uzaq məsafədən aşkarlamağa imkan verir və düşmənin HHM sistemlərinin təsir zonasına daxil olmadan geniş spektrli yerüstü, hava və dəniz hədəflərinə yüksək dəqiqliklə zərbələr endirməyə şərait yaradır.

Su-34 qırıcı-bombardmançısı isə yerüstü, suüstü və hava hədəflərinin, hava hücumundan müdafiə (HHM) sistemləri ilə qorunan infrastruktur obyektlərinin, həmçinin bazalanma aerodromlarından xeyli uzaqda yerləşən hədəflərin məhv edilməsi üçün nəzərdə tutulub. Təyyarə, eyni zamanda hava kəşfiyyatı tapşırıqlarının yerinə yetirilməsi üçün də istifadə oluna bilər.

Back to top button