Yeni Su-57 və Su-34 qırıcıları sifarişçiyə çatdırılıb
“Birləşmiş Aviasiya Korporasiyası” yeni Su-57 döyüş təyyarələrinin və Su-34 qırıcı-bombardmançılarının növbəti partiyasını Rusiya Müdafiə Nazirliyinə təhvil verib.
“Poliqon” xəbər verir ki, bu barədə “Birləşmiş Aviasiya Korporasiyası” məlumat yayıb.
Məlumatda bildirilib ki, yeni döyüş təyyarələri zavod sınaqlarından uğurla keçdikdən sonra xidməti yerlərinə uçublar.