Zakir Həsənov Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb – VİDEO

Zakir Həsənov Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb – VİDEO

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Ankarada Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşüb.

Bu barədə “Poliqon” Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verib.

Bildirilib ki, əvvəlcə Türkiyə Milli Müdafiə Nazirliyində general-polkovnik Zakir Həsənovun rəsmi qarşılanma mərasimi olub.

Mərasimdən sonra nazirlər arasında təkbətək və nümayəndə heyətləri tərkibində görüşlər keçirilib.

CATEGORIES
TAGS