Xəbərlər

“Zəfər” zirvəsinə “Dəmir yumruq” ekspedisiyası təşkil olunub – VİDEO

Hərbi Hava Qüvvələrinin bir qrup hərbi qulluqçusunun, “Qartal” Dağçılıq İdman Klubunun alpinistlərinin və “Baku.TV”-nin əməkdaşlarının iştirakı ilə Vətən müharibəsinin ildönümünə həsr olunmuş “Dəmir yumruq” ekspedisiyası keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, əvvəlcə Şəhidlər xiyabanları ziyarət olunaraq şəhidlərimizin məzarları üzərinə gül dəstələri qoyulub və xatirələri ehtiramla yad edilib.

Polkovnik-leytenant Zal Nəbiyevin və klubun rəhbəri Rüfət Qocayevin başçılıq etdiyi bir qrup alpinistlər Quba rayonu ərazisindəki “Zəfər” zirvəsinə yürüş edib.

Dəniz səviyyəsindən 4301 metr yüksəklikdə Böyük Qafqaz sıra dağlarının Bazardüzü massivində yerləşən “Zəfər” zirvəsinə qalxan alpinistlər, burada Azərbaycan Respublikasının Dövlət Himnini ifa edib və Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla anıblar.

6059bf2d962e13a097862a4fcdb06a4b

dafaf83fcc78ddfab0d55f2309d5e81b

bf6de2f321fcd288ea5299c20f2ca93d

Poliqon.az

Back to top button