DSX: Sərhədçilər dövlət sərhədinin etibarlı mühafizə və müdafiəsini həyata keçirirlər
Relyefin dağlıq və mürəkkəb şəraitli, havanın qarlı olmasına baxmayaraq, sərhədçilər dövlət sərhədinin etibarlı mühafizə və müdafiəsini həyata keçirirlər.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “Poliqon”a verilən məlumata görə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ali diqqət və qayğısı sayəsində Dövlət Sərhəd Xidmətinin hərbi hissə və bölmələrində, əsasən çətin relyefli dağlıq ərazilərdə xidmət aparan hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyəti və döyüş ruhu yüksəkdir.
Bu gün sərhəddə və səngərdə xidmət aparan sərhədçilər qarşıya qoyulan xidməti-döyüş tapşırıqlarını uğurla icra edərək, Vətən keşiyində qürurla dayanmaqla dövlət sərhədlərinin toxunulmazlığını təmin edirlər.
TAGS Manşet