Prezident müdafiə sənayesi işçilərini təltif etdi

Prezident İlham Əliyev müdafiə sənayesi işçilərinin təltif edilməsi barədə sərəncam imzalayıb.
“Azeri Defence”nin məlumatına görə, dövlət başçısının imzaladığı sərəncamla Müdafiə Sənayesi Nazirliyinin əməkdaçları – İmadəddin Daşdıyev, Adəm İbadov və Qəzənfər Kazımova “Əməkdar Mühəndis” fəxri adı verilib.
Digər sərəncamla, Azərbaycan Respublikasında müdafiə sənayesinin inkişafındakı xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:
“Tərəqqi” medalı ilə:
Abdullayev Ələsgər Xəlil oğlu
Babayev Əmrah Məcnun oğlu
Babayeva Zibar Axəd qızı
Əsədov Hüseynağa Əsədulla oğlu
Əsədov Xasməmməd Əli oğlu
İsmayılov Rafael İbad oğlu
Qasımov Məzahir Fərman oğlu
Qədirova Narıngül Məmmədağa qızı
Qəniyev Tapdıq Yaqub oğlu
Sadıqov Tofiq Asiman oğlu
Yusifov Şahin İsa oğlu
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə:
Bağırov Eldar Həsən oğlu
Kərimli Şəfəq Xanlar qızı
Kərimov İsmayıl İbrahim oğlu
Qəniyev Elvin Qabil oğlu
Nərimanov Niyazi Nəriman oğlu
Şükürov Rəmzi Əbil oğlu
Tahirov Rasim Firudinoviç




