Türkiyə müdafiə sənayesinin iyun ayı üçün ixracat rəqəmləri açıqlanıb
Türkiyə İxrcatçılar Məclisi (TİM) müdafiə və aviasiya sənayesi sektorunun 2023-cü ilin iyun ayında ixrac etdiyi məhsulların dəyərini açıqlayıb.
“Poliqon” TİM-ə istinadən xəbər verir ki, Türkiyənin müdafiə və aviasiya sənayesi şirkətləri cari ilin iyununda 334.3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə (2022-ci il iyun – 286.9 milyon) 2023-cü ilin iyun ayında ixrac olunan məhsulların dəyəri artıb.
Qeyd edək ki, 2023 il üçün ixracat hədəfi 6 milyard dollar olaraq müəyyənləşdirilən Türkiyə müdafiə sənayesinin cari ilin ilk yarısı ərzindəki ixracı 2.3 milyard ABŞ dolları təşkil edib.
CATEGORIES Region