![ANAMA 524 hektar ərazini mina və PHS-lərdən təmizləyib ANAMA 524 hektar ərazini mina və PHS-lərdən təmizləyib](https://poliqon.az/wp-content/uploads/2023/07/z6.jpg)
ANAMA 524 hektar ərazini mina və PHS-lərdən təmizləyib
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.
ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Tərtər, Ağdam, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın rayonları və Şuşa şəhəri ərazisində aparılıb.
2023-cü il sentyabrın 4-dən 10-na qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 524.6 ha ərazi yoxlanılıb, 31 ədəd piyada əleyhinə mina, 12 ədəd tank əleyhinə mina və 214 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.