ABŞ-da THOR antidron sistemi yaradılıb

ABŞ-da THOR antidron sistemi yaradılıb

ABŞ-da pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə aparmaq üçün THOR (Tactical High-power Operational Responder) antidron sistemi yaradılıb.

“Poliqon” xəbər verir ki, bu barədə ABŞ HHQ Tədqiqat Laboratoriyası THOR antidron sisteminin işlədilməsini əks etdirən videoçarx yayımlayıb.

Sistem çoxsaylı hədəflərin qeyri-kinetik üsulla zərərsizləşdirilməsini təmin edir. O, sənaye elektrik enerjisindən işləyir və PUA-ları “söndürmək” üçün güclü enerjidən istifadə edir.

THOR sistemi tamamilə C-130 nəqliyyat təyyarəsində asanlıqla nəql edilə bilən 20 futluq nəqliyyat konteynerində tam yerləşir. Sistem 3 saat ərzində qurulur və minimal istifadəçi təhsili tələb edən bir istifadəçi interfeysinə malikdir.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS