ABŞ Filippinə silah və sursat göndərib
Amerika Birləşmiş Ştatları Hərbi Yardım Qrupu (JUSMAG-P) Filippin Silahlı Qüvvələrinə 1 milyon ABŞ dolları dəyərində silah və sursat çatdırıb.
Bu barədə “Poliqon” “Armyrecognition”a istinadən xəbər verib.
ABŞ-ın qrant yardımı ilə həyata keçirilən çatdırılmaya 14 ədəd .50 kalibrli M2A1 ağır pulemyotu, 7 ədəd 7M240B pulemyotu, o cümlədən minlərlə silah sursatı daxildir.
Qeyd edək ki, Filippin Hindistan və Sakit Okean regionunda ABŞ-dan hərbi yardım alan ən böyük ölkədir. 2015-ci ildən bəri ABŞ Filippinə təhlükəsizlik dəstəyi adı altında 8 milyard 650 milyon ABŞ dolları dəyərində hərbi yardım göndərib.
Rizvan Fikrətoğlu
CATEGORIES Xəbərlər