ABŞ-ın AGM-183A hipersəsli raketinin sınaqları uğursuzluqla nəticələnib

ABŞ-ın AGM-183A hipersəsli raketinin sınaqları uğursuzluqla nəticələnib

ABŞ Hərbi Hava Qüvvələri (HHQ) yenidən ARRW (Air-launched Rapid Response Weapon hypersonic missile) hipersəs raketini buraxa bilməyib.

“Poliqon” “The Drive” portalına istinadən xəbər verir ki, havadan buraxılan sürətli tətbiq AGM-183A hipersəsli raketinin sınaq buraxılışı uğursuzluqla nəticələnib.

Təkrar atəş sınaqları zamanı, Booster Test Vehicle 1b (BTV-1b) kimi işarələnən döyüş sursatı Boeing B-52H “Stratofortress” strateji bombardmançı təyyarəsindən müvəffəqiyyətlə ayrılaraq aydın buraxılış ardıcıllığı nümayiş etdirib, lakin raket mühərriki işə düşməyib. Keçmiş sınaqlar zamanı isə raket təyyarədən ayrılmamışdı. Problemlər bilavasitə daşıyıcı-raketdə müşahidə olunur, belə ki, ayrılan döyüş başlığı bu ay partlayış sınaqlarından uğurla keçib.

AGM-183A perspektivli hipersəsli raket, ARRW proqramı çərçivəsində “Lockheed Martin” şirkəti tərəfindən hazırlanır. Bu, ABŞ HHQ tərəfindən şirkətə sifariş edilən ikinci hipersəsli silah inkişaf proqramıdır. Bundan əvvəl ABŞ Müdafiə Nazirliyi şirkətlə HCSW (ракет Hypersonic Conventional Strike Weapon) qanadlı raketlərinin hazırlanması barədə müqavilə imzalayıb.

AGM-183A raketinin xüsusiyyətləri hələ sirr olaraq saxlanılır. Lakin, Pentaqon, ARRW proqramının Qabaqcıl müdafiə layihələri Agentliyinin (DARPA – Defense Advanced Research Projects Agency) tədqiqatları zamanı əldə edilən ən son nailiyyətlərə əsaslanacağını bildirir.

ABŞ HHQ nümayəndələrinin sözlərinə görə, perspektivli AGM-183A ARRW raketinin maksimum atış məsafəsi təxminən 1600 km və döyüş blokunun sürəti 6.5 – 8,0 Mach arasında olmalıdır.

FB IMG 1627764720116

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES