ABŞ “Javelin” raketlərinin Tunisə satışını təsdiqləyib

ABŞ “Javelin” raketlərinin Tunisə satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti 107.7 milyon dollar dəyərindəki “Javelin” tank əleyhinə idarə olunan raketlərinin Tunisə satışını təsdiq edib.

Bu barədə “Poliqon” ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə (DSCA) istinadən xəbər verib.

Bildirilib ki, sifarişə 184 ədəd “Javelin” FGM-148F raketinin və digər lazımi avadanlıqların satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.

Sözügedən sifarişin baş podratçısı rolunda ABŞ-ın “RTX Corporation” və “Lockheed Martin” şirkətlərinin birgə müəssisəsi olan “Javelin JV” çıxış edəcək.

CATEGORIES