ABŞ Litava Ordusuna “Switchblade” süzən sursatları tədarük edəcək

ABŞ Litava Ordusuna “Switchblade” süzən sursatları tədarük edəcək

ABŞ-ın “AeroVironment” şirkəti Litva Silahlı Qüvvələrinə “Switchblade” süzən sursatları tədarük edəcək.

Bu barədə “Poliqon” Litva Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verib.

Məlumatda bildirilib ki, “Switchblade 600” süzən sursatlarının (PUA) alqı-satqısı ilə bağlı Litva Müdafiə Avadanlıqları Agentliyi və ABŞ hökuməti arasında 45 milyon dollar dəyərində müqavilə imzalanıb.

Müqavilənin şərtinə əsasən, “AeroVironment” Litva Ordusuna həm “Switchblade 600” kamikadze pilotsuz uçuş aparatlarını (PUA) və onun buraxılış qurğularını tədarük edəcək, həm texniki xidmət dəstəyi göstərəcək, həm də süzən sursatdan istifadə edəcək personala təlimlər keçəcək.

Bundan başqa, ABŞ və Litva Müdafiə Avadanlıqları Agentliyi arasında “Switchblade 300” süzən sursatlarının da tədarük edilməsi üçün müqavilə imzalanıb. Bu müqavilənin isə ABŞ-ın hərbi yardım proqramı çərçivəsində maliyyələşdirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, “Switchblade” süzən sursatları düşmənin canlı qüvvəsini və yüngül zirehli texnikalarını məhv etmək üçün nəzərdə tutulub.

Poliqon.az

CATEGORIES
TAGS