ABŞ Ordusu M2 “Bradley” PDM dəyişdirilməsi proqramı üçün finalçıları müəyyən edib

ABŞ Ordusu M2 “Bradley” PDM dəyişdirilməsi proqramı üçün finalçıları müəyyən edib

ABŞ Ordusu M2 “Bradley” piyada döyüş maşınlarını (PDM) əvəzləməkdən ötrü OMFV (Optionally Manned Fighting Vehicle) proqramında iştirak edəcək şirkətləri seçib.

“Poliqon” ABŞ Ordusunun rəsmi saytına istinadən xəbər verir ki, OMFV proqramında iştirak edəcək əsas şirkətlər “American Rheinmetall Vehicles LLC” və “General Dynamics Land Systems” şirkətləridir.

ABŞ Ordusu müqaviləni bu şirkətlərə verib və onlara M2 “Bradley” PDM-nin dəyişdirilməsi proqramının 3 və 4-cü mərhələlərinə keçməyə imkan verib. Hər iki müqavilənin ümumi dəyəri təxminən 1.6 milyard ABŞ dollarıdır. Hazırda şirkətlər hərtərəfli sınaqlarda iştirak edəcək perspektivli döyüş maşınının prototipini hazırlamalıdırlar. Müqavilə alanlar 11-ə qədər prototip döyüş maşını, həmçinin iki ballistik gövdə və qüllə, zireh kuponları və rəqəmsal mühəndislik məlumatları təqdim etməlidirlər.

Bundan əlavə, konsept yarışmasının başa çatması səbəbindən proqram XM30 Mexanikləşdirilmiş Piyada Döyüş Maşını (XM30 Mechanized Infantry Combat Vehicle) adını alıb. Qeyd olunur ki, XM30 PDM ABŞ Ordusunda 40 ildən artıq silahlanmada olan və bir sıra təkmilləşdirmələrdən keçmiş M2 “Bradley” PDM-nı əvəz edəcək. XM30 gələcəkdə ABŞ Ordusu birləşmələrinin döyüş tərzini dəyişdirəcək yeni imkanlar gətirəcək.

Modul açıq sistem arxitekturası ilə işlənib hazırlanmış XM30, texnologiya yetkinləşdikcə maşına yeni, inkişaf etməkdə olan texnologiyanın əlavə edilməsinə imkan verəcək və istənilən gələcək rəqibə qarşı üstünlüyü təmin edəcək.

XM30, ordunun “Bradley” PDM-nın fiziki və iqtisadi göstəricilərini aşan ölümcüllük, maşının və əsgərlərin sağqalma qabiliyyəti və təkmilləşdirmə imkanlarında transformativ təkmilləşdirmələri özündə birləşdirir.

Təfərrüatlı layihələndirmə, prototipin yaradılması və sınaq mərhələlərindən sonra Ordu, 2027-ci maliyyə ilinin sonuna yaxın Milestone C-də bir satıcını seçmək üçün məhdud rəqabətə sahib olmaq niyyətindədir. İlk PDM-in təchiz edilməsi isə 2029-cu maliyyə ilində gözlənilir.

OMFV proqramının əsas uğuru yeni PDM-lərin layihələndirilməsində və istehsalında daha innovativ və rasional həllər təklif etməyə çalışan şirkətlər arasında rəqabətdir.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS