HavaXəbərlər

ABŞ və müttəfiqlər üçün AIM-9X raketləri istehsal olunacaq

“Raytheon” şirkəti AIM-9X Blok II raketlərinin tədarükü üçün ABŞ Hərbi Dəniz Qüvvələri ilə 1,1 milyard dollar dəyərində müqavilə imzalayıb.

“Poliqon” “Raytheon”a istinadən xəbər verir ki, müqaviləyə əsasən, şirkət həm ABŞ, həm də Xarici Hərbi Satış (Foreign Military Sales – FMS) proqramı çərçivəsində müştərilər üçün AIM-9X raketləri istehsal və tədarük edəcək.

AIM-9X infraqırmızı izləmə texnologiyasına malik müasir qısamənzilli “hava-hava” və “yer-hava” raketlərindən biridir. Dünyanın müxtəlif əməliyyat bölgələrində döyüş şəraitində özünü sübut etmiş bu raket, geniş çeşiddə müasir təyyarələrə asan inteqrasiya üçün uyğunlaşdırılıb.

ABŞ və 35-dən çox müttəfiq və tərəfdaş ölkənin istismar etdiyi AIM-9X dünya üzrə strateji çəkindirmə və əməliyyat üstünlüyünün təmin edilməsində mühüm vasitə hesab olunur. Artan tələbatı qarşılamaq üçün “Raytheon” illik istehsal gücünü 2500 ədəd raketə qədər artırır.

Back to top button