ADİK tərsanəsi ilk sürətli amfibiya gəmisini dənizə endirib

Anadolu Tərsanəsi (ADİK) tərəfindən Türkiyə Hərbi Dəniz Qüvvələri üçün tikilmiş sürətli amfibiya tipli desant gəmilərindən (LCT) ilki olan “Ç-151” bu gün dənizə endirilib. “AzeriDefence”nin Türkiyə müxbirinin verdiyi məlumata görə, bununla bağlı Tərsanədə böyük tədbir düzənlənib.

Mərasimdə çıxış edən Türkiyə milli müdafiə nazirinin müavini Kamal Yardımçı bildirib ki, gələcəkdə bu layihədən olan gəmilərin digər ölkələrə də ixracı mümkündür.

Müdafiə sənayesi katibi Murad Bayar isə Türkiyənin xaricdən hərbi asılılığın azaldılması istiqamətində mühüm proyektlər həyata keçirdiyini vurğulayıb. Bu kontekstdə dənizçilik sahəsində mühüm irəlləyişin əldə olunduğunu qeyd edib.

Silahlı qüvvələrin ehtiyac duyduğu bütün su üstü gəmilərin dizayn və inşasının ölkə daxilində reallaşdırıldığını deyən M. Bayar bildirib ki, LCT tenderinə 2007-ci ildə 4 tərsanə təklif verib. Gərgin rəqabət şəraitində ADİK qalib gəlib.

Tədbirdə qeyd olunub ki, Hərbi Dəniz Qüvvələrinə təhvil verilən “Ç-151” İkinci Dünya Müharibəsindən sonra dünyada tikilən öz sinfindən ən yüksək sürətli (20 uzl) və ən böyük tutumlu amfibiya-desant gəmisidir.

CATEGORIES