ManşetSənaye

ADNSU müdafiə sənayesi üçün mütəxəssislərin hazırlanmasında iştirak edəcək

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin nümayəndələri ilə görüş keçirib.

Bu barədə “AzeriDefence”yə ADNSU-nun mətbuat xidmətindən məlumat verilib.

Rektor M.Babanlı ADNSU-da aparılan tədris prosesi, ixtisaslar və universitet haqqında qonaqlara ətraflı məlumat verib. Hazırda universitetin neft sektoru ilə yanaşı, sənaye yönümlü kadr hazırlığına kökləndiyini söyləyən M.Babanlı müdafiə sənayesinə xidmət edə biləcək mütəxəssislərin hazırlığının universitetin diqqət mərkəzində olduğunu deyib. Ölkənin ən vacib sahələrindən biri kimi müdafiə sənayesinə dəstək verilməsi üçün birgə əməkdaşlıq əlaqələrinin genişlədirilməsinə toxunan rektor mövcud texnologiyaların tətbiqi və həmçinin startap layihələri ilə yeni qurğuların təkmilləşdirilməsinin və tətbiqinin vacib olduğunu bildirib.

Görüşdə əlaqələrin gücləndirilməsi üçün nəzəriyyə və təcrübənin birlikdə tətbiq edilməsi, həmçinin əməkdaşlıq oluna biləcək ixtisaslara yiyələnən tələbələrin bilavasitə istehsalata cəlb olunması ətrafında müzakirələr aparılıb.

Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin nümayəndələri bu sahədə ixtisaslı kadrlara ciddi tələbatın olduğunu söyləyiblər. Müdafiə sənayesi üçün yeni texnologiyaların və qurğuların istifadəsində və tətbiqində mütəxəssis hazırlığınının prioritet olduğunu qeyd edən nazirlik rəsmiləri bu istiqamətdə tədris kontentinin birgə həyata keçirilməsinin vacibliyinə toxunublar.

Daha sonra görüşdə əməkdaşlıq olunacaq istiqamətlər və birgə görüləcək işlərin planlaşdırılması ətrafında müzakirə aparılıb. Görüşün sonunda tərəflər arasında “Tələbələrin təcrübələrinin təşkili və əməkdaşlq aparılması üzrə Əməkdaşlıq müqaviləsi” imzalanıb.

Qonaqlar görüşdən sonra universitetin Lazer Mərkəzində olublar.

ff94944e7a89d651e2927d5fffa03e2d

f5c99a13225c00a81b6592bf1f29040c

e7017f8e57760678c59c08b96f29703c

dfafbc643cd5dbff25878c278d4c7848

650e74c89543047d95fd12dada78b184

0c34a2f85fbe41811f3db300559f1b02

Back to top button