
Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Ankası-2026” beynəlxalq axtarış-xilasetmə təlimində bir sıra tapşırıqlar icra olunub.
Bu barədə “Poliqon” Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verib.
Təlim çərçivəsində düşmən xəttinin arxasında fəaliyyətlər aparılıb. Ssenariyə əsasən, Birgə İrəli Hücum Nəzarəti qrupları dəqiq işarələmələrlə hədəfləri yaxın hava dəstəyi vasitəsilə bir-bir məhv edərkən, “Mavi Komandalar” çətin tapşırığı reallaşdırmaq üçün sahədə fəaliyyət göstərib. Əməliyyat nəticəsində şəxsi heyət sağ-salamat xilas edilib.
Qeyd edək ki, 17 aprel tarixində başa çatacaq beynəlxalq təlimdə Azərbaycan hərbçiləri də iştirak edir. Təlimdə ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları, paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri, aviayönləndiricilər, texniki heyət və aviasiya vasitələri təmsil edir.




