ASELFLIR-500 sisteminin Azərbaycana ixracı rəsmi olaraq təsdiq olundu

ASELFLIR-500 sisteminin Azərbaycana ixracı rəsmi olaraq təsdiq olundu

Türkiyənin ASELSAN şirkəti tərəfindən istehsal olunan ASELFLIR-500 elektro-optik kəşfiyyat, müşahidə və hədəfləmə sisteminin Azərbaycana ixracı rəsmi olaraq təsdiq olundu.

“Poliqon”un məlumatına görə, ASELSAN şirkətinin baş direktoru Ahmet Akyol ASELFLIR-500 elektro-optik sisteminin Azərbaycana ixracına dair müqavilə bağlandığını bildirib.

“Dünyanın ən yaxşı İHA (PUA) kamerası olan ASELFLIR-500 və TOLUN idarəolunan sursatımızın Azərbaycana ixrac müqavilələri imzaladığımız üçüncü rüb ixrac göstəricilərimizlə xüsusilə diqqətəlayiq oldu.

Biz həmçinin Asiya-Sakit Okean regionundakı müştərilərimizlə uzaqdan idarə olunan stabilləşdirilmiş silah sistemi, radar, inertial naviqasiya, dost və ya düşmənin identifikasiyası sistemləri və elektron müharibə dəsti daxil olmaqla faydalı yüklərin tədarükü üçün müqavilələr imzalamışıq” – deyə ASELSAN şirkətinin baş direktoru vurğulayıb.

Ahmet Akyol qeyd edib ki, bu yaxınlarda ASELFLIR-500 elektro-optik kəşfiyyat, müşahidə və hədəfləmə sistemi ilə uğurlu atış sınağı keçirilib. Belə ki, ASELFLİR-500 elektro-optik sistemi, TUSAŞ-ın ANKA-III pilotsuz döyüş təyyarəsinin ilk atış sınağında istifadə edilib. Bildirilib ki, sınaqlar uğurla nəticələnib.

Qeyd edək ki, pilotsuz uçuş aparatlarında sərgilədiyi üstün performansı ilə diqqət çəkən və əməliyyat meydanında özünü sübut etmiş ASELSAN-ın yeni nəsil ASELFLIR-500 elektro-optik kəşfiyyat, müşahidə və hədəfləmə sistemi xüsusilə platforma istehsalçılarının böyük diqqətini çəkir.

ASELFLIR-500 elektro-optik sistemi əsasən MALE ( “Bayraktar TB2”, ANKA-S) və HALE (“Akıncı”, “Aksungur”) sinifli PUA-lar olmaqla, sabit qanadlı platformalar və fırlanan qanadlı platformalar üçün nəzərdə tutulub.

ASELFLIR-500-ə HD termal kamera, Full HD gündüz görüntü kamerası, HD SWIR kamera, lazer məsafə ölçmə və hədəf işarələmə, lazer işarələmə və lazer nöqtəsini izləmə sistemləri daxildir.

Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olan və bu il ilk dəfə Azərbaycana ixrac edilən ASELFLIR-500, xarici rəqiblərini belə üstələyən performansı ilə PUA-larda istifadə edilən ən keyfiyyətli kameralardan biri hesab olunur.

ASELFILP500

CATEGORIES
TAGS