ASELSAN 32,6 milyon dollar dəyərində satış müqaviləsi imzalayıb

ASELSAN 32,6 milyon dollar dəyərində satış müqaviləsi imzalayıb

Türkiyənin ASELSAN şirkəti Qətərdə keçirilən DIMDEX-2022 sərgisi çərçivəsində xarici müştərisi ilə satış müqavilələri imzalayıb.

“Poliqon” xəbər verirki, bu barədə ASELSAN şirkətinin İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) təqdim etdiyi məlumatda bildirilib.

Sərgi çərçivəsində birdən çox xarici müştəri ilə iki ayrı müqavilə imzalanıb. Müqavilələrin ümumi dəyəri 32,6 milyon ABŞ dolları təşkil edir.

Müqavilə çərçivəsində ASELSAN şirkəti adı açıqlanmayan ölkəyə ehtiyat hissələri, sınaq infrastrukturu, təlim və dəstək xidmətləri ixrac edəcək.

Sözügedən müqavilə çərçivəsində sifariş olunan müdafiə təyinatlı məhsulların 18 ay ərzində sifarişçiyə çatdırılması planlaşdırılıb.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS