ASELSAN adı açıqlanmayan ölkəyə müdafiə sistemləri tədarük edəcək
Türkiyənin ASELSAN şirkəti adı açıqlanmayan xarici müştəriyə hərbi təyinatlı sistemlər tədarük edəcək.
“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN şirkətinin İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) təqdim edilən məlumatında bildirilib.
Qeyd olunub ki, sistemlərin tədarükü üçün tərəflər arasında 9.4 milyon ABŞ dolları dəyərində alqı-satqı müqaviləsi imzalanıb.
CATEGORIES Aselsan