ASELSAN HTRS radar sisteminin ilk partiyasını Türkiyə HHQ-ə təhvil verib

ASELSAN HTRS radar sisteminin ilk partiyasını Türkiyə HHQ-ə təhvil verib

ASELSAN şirkəti “Hava Trafik Radar Sistemi”nin (HTRS) ilk partiyasını Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığına təhvil verib.

“Poliqon” xəbər verir ki, bununla bağlı SSB başqanı İsmail Dəmir özünün “Twitter” hesabında paylaşım edib.

İsmail Dəmir bildirib ki, HTRS radar sistemi SSB tərəfindən başladılan layihə əsasında ASELSAN və onun yerli subpodratçıları tərəfindən həyata keçirilib.

Layihə çərçivəsində HTRS-in rabitə, radar və qeyd sistemlərini ASELSAN, proqram təminatını isə TÜBİTAK şirkəti hazırlayıb.

Qeyd edək ki, həm hərbi, həm də mülki məqsədlər üçün istifadə olunacaq radar sistemi 2024-cü ilin sonuna kimi 11 hava limanında xidmətə veriləcək.

Poliqon.az

CATEGORIES
TAGS