ASELSAN-ın ixrac etdiyi ANSAV-100 sistemi Su-25 təyyarəsinə inteqrasiya olunub

ASELSAN-ın ixrac etdiyi ANSAV-100 sistemi Su-25 təyyarəsinə inteqrasiya olunub

Türkiyənin ASELSAN şirkəti adı açıqlanmayan müştəriyə ANSAV-100 qlobal naviqasiya peyk sistemi (Global Navigation Satellite System – GNSS) tədarük edib.

“Poliqon” ASELSAN-a istinadən xəbər verir ki, tədrük edilən ANSAV-100 GNNS-lər müştərinin Su-25 tipli döyüş təyyarələrinə inteqrasiya olunub.

Qeyd edək ki, ASELSAN tərəfindən hazırlanan ANSAV-100 GNSS, ANS-600 naviqasiya sisteminin ixrac versiyasıdır. ANS-600 həm təyyarə, həm helikopter, həm də pilotsuz uçuş aparatlarına (PUA) inteqrasiya edilmək üçün nəzərdə tutulub.

Məlumat üçün bildirək ki, ASELSAN şirkəti ANS-600 naviqasiya sistemini 2022-ci ilin 6-8 sentyabr tarixlərində Bakı şəhərində keçirilən 4-cü ADEX-2022 Beynəlxalq Müdafiə Sərgisində də nümayiş etdirib.

Poliqon.az

CATEGORIES
TAGS