ASELSAN təkmilləşdirilən zirehli döyüş maşınlarının ilk partiyasını sifarişçiyə çatdırıb

ASELSAN təkmilləşdirilən zirehli döyüş maşınlarının ilk partiyasını sifarişçiyə çatdırıb

ASELSAN şirkəti təkmilləşdirilən zirehli döyüş maşınlarının ilk partiyasını Türkiyə Silahlı Qüvvələrinə təhvil verib.

ASELSAN-dan “Poliqon”a verilən məlumata görə, təhvil vermə mərasimində ASELSAN şirkətinin baş direktoru Haluk Görgün və Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir də iştirak edib.

Bildirilib ki, birinci mərhələdə 5 ədəd zirehli döyüş maşını modernləşdirilərək Türkiyə Quru Qoşunlarının istifadəsinə verilib.

Qeyd edək ki, layihə çərçivəsində Quru Qoşunlarına məxsus ümumilikdə 134 ədəd zirehli döyüş maşınının təkmilləşdirilməsi nəzərdə tutulub.

Poliqon.az

CATEGORIES
TAGS