ASELSAN Türkiyə Sahil Mühafizəsinin AB-412 EP helikopterlərini modernləşdirəcək

ASELSAN Türkiyə Sahil Mühafizəsinin AB-412 EP helikopterlərini modernləşdirəcək

ASELSAN şirkəti Türkiyənin Sahil Mühafizəsi Komandanlığına məxsus AB-412 EP helikopterlərini modernləşdirəcək.

“Poliqon” ASELSAN-a istinadən xəbər verir ki, bunun üçün “AB-412 EP SG Helikopterinin Müasirləşdirilməsi və İnteqrasiyası Layihəsi” çərçivəsində şirkət və Türkiyənin Müdafiə Sənayesi Başqanlığı (SSB) arasında ümumi dəyəri 1 milyard TL (55.9 milyon ABŞ dolları) olan müqavilə imzalanıb.

Müqaviləyə əsasən, ASELSAN tərəfindən helikpterlərin modernləşdirilməsi və sifarişçiyə təhvil verilməsi ilə bağlı bütün işlər 2024-2030-cu illər ərzində həyata keçiriləcək. Moderləşdirmə nəticəsində AB-412 EP helikopterlərinin avionika sistemləri yenilənəcək.

ASELSAN tərəfindən helikopterə aşağıdaki sistemlər inteqrasiya olunacaq:

  • ASELFLIR R400D elektro-optik sistemi;
  • KDU-45 sistemi;
  • SMFD-810 göstəricisi;
  • Daxili kommunikasiya sistemi;
  • Avionika sistemləri;
  • Naviqasiya sistemləri;
  • Suüstü axtarış radarı.

Layihə barəsində fikirlərini bölüşən ASELSAN-ın baş dirktoru Haluk Görgün bildirib ki, şirkət tərəfindən helikopterlər Sahil Mühafizəsi Komandanlığının əməliyyat imkanlarını maksimum dərəcədə artırmaq üçün modernləşdiriləcək.

“Sahillərimizin və dənizlərimizin təhlükəsizliyi milli texnologiyalarla mühafizə olunmağa davam edəcək”, – deyə H.Görgün qeyd edib.

Poliqon.az

CATEGORIES
TAGS