ASELSAN və “Kazakhstan Engineering” əməkdaşlığın yeni sahələrin müəyyənləşdirdi
Türkiyənin ASELSAN şirkəti ilə Qazaxıstanın “Kazakhstan Engineering” firması arasında əməkdaşlığın genişləndirilməsinə dair anlaşma imzalanıb.Bu barədə “AzeriDefence” ASELSAN şirkətinin saytına istinadən məlumat yayıb.
Astana İqtisadi Forumu çərçivəsində imzalanmış sənədə əsasən Qazaxıstanda zirehli nəqliyyat vasitələrinin atış-kontrol sistemlərinin modernizasiyası, helikopter aviyonik sistemlərinin modernizasiyası və rabitə cihazlarının istehsalı həyata keçiriləcək.
2010-cu ildə imzalanmış müqavilə ilə ASELSAN-ın Hava Müdafiə Sistemləri, Stabilləşdirilmiş Silah Platformaları, həmçinin termal nişangah sistemlərinin “Kazakistan Engineering”in müəssisələrində birgə istehsalı barədə razılıq əldə olunmuşdu.
Müqavilə çərçivəsində Qazaxıstanın ehtiyaclarından başqa bölgə əlkələrinin ehtiyaclarına uyğun istehsallar həyata keçiriləcək.