Müdafiə
Azərbaycan Ordusu üçün yeni avtomobil və texnika alınıb

Azərbaycan Ordusu üçün yeni avtomobil, xüsusi texnika və avadanlıqlar alınıb.
“Poliqon” xəbər verir ki, yeni alınan texnikalar N hərbi hissəsini ziyarət edərkən müdafiə naziri general-polkovnik Zakir Həsənova təqdim olunub.
Daha sonra Müdafiə naziri sürücü heyəti ilə görüşüb və onların qayğıları ilə maraqlanıb.
Sonda Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən şəxsi heyətə bayram hədiyyələri təqdim edilib.










