
Türkiyədə səfərdə olan Azərbaycan Ordusunun generalları ASELSAN şirkətini ziyarət edib.
“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN şirkətinin baş direktoru Ahmet Akyol özünün “X” hesabında paylaşım edib.
O bildirib ki, ziyarət çərçivəsində azərbaycanlı nümayəndə heyətinə ASELSAN-ın hava hücumundan müdafiə sistemləri başda olmaqla ən qabaqcıl həlləri təqdim olunub.






