Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən 27960 hektardan çox ərazi minalardan təmizlənib

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən 27960 hektardan çox ərazi minalardan təmizlənib

Azad edilmiş ərazilərzdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində oktyabr ayının 1-dən bu günədək olan müddət ərzində 550 hektardan çox ərazi mina və partlamamış döyüş sursatlarından tam təmizlənib.

“Poliqon” xəbər verir ki, işğaldan azad edilmiş ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 27960 hektardan çox ərazi minalardan təmizlənib.

Ümumilikdə 9726 ədəd piyada əleyhinə, 2485 ədəd tank əleyhinə və 10316 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.

Mina təmizlənmə işlərində əsas səylər azad olunan ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.

Poliqon.az

CATEGORIES
TAGS