Azərbaycan Ordusunun Naxçıvandakı mövqeləri yenidən atəşə tutulub
İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülür.
Əməliyyat şəraiti Azərbaycan Ordusu bölmələrinin nəzarəti altındadır.
CATEGORIES Xəbərlər