Azərbaycan Ordusunun Xocavənd, Füzuli, Tərtər və Ağdam istiqamətlərində mövqeləri atəşə tutulub

Azərbaycan Ordusunun Xocavənd, Füzuli, Tərtər və Ağdam istiqamətlərində mövqeləri atəşə tutulub

Noyabrın 26-sı saat 22:35-dən noyabrın 27-si saat 08:37-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd, Füzuli, Tərtər və Ağdam rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Poliqon.az

CATEGORIES