Azərbaycan Silahlı Qüvvələri Laçın yolunda mülki kolonu atəşə tutmayıb

Azərbaycan Silahlı Qüvvələri Laçın yolunda mülki kolonu atəşə tutmayıb

Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən Laçın yolu ilə Rusiya sülhməramlı kontingentinin müşayiəti altında hərəkət edən mülki kolonun atəşə tutulması barədə yayılan məlumatın heç bir əsası yoxdur və dezinformasiya xarakteri daşıyır.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Nazirlik bu əsassız iddianı qəti surətdə təkzib edir.

CATEGORIES