Azərbaycan və Türkiyə prezidentləri müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Azərbaycan və Türkiyə prezidentləri müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Azərbaycan və Türkiyə prezidentləri arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlığın daha da genişləndirilməsi müzakirə olunub.

“Poliqon” xəbər verir ki, müzakirə Azərbaycan Prezidenti İlham Əliyevin martın 15-də Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü zamanı baş tutub.

Görüşdə ölkələr arasında qardaşlıq və dostluq münasibətlərinin bir millət, iki dövlət prinsipinə uyğun olaraq bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, siyasi, iqtisadi, ticarət, enerji, müdafiə, müdafiə sənayesi sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və regional məsələlər müzakirə olunub.

Həmçinin söhbət zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi barədə fikir mübadiləsi aparılıb.

CATEGORIES
TAGS