Azərbaycanın müdafiə naziri Macarıstana səfər edib

Azərbaycanın müdafiə naziri Macarıstana səfər edib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Macarıstana rəsmi səfər edib.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Budapeşt şəhərində Macarıstanın hərbi və siyasi rəhbərliyi ilə bir sıra görüşləri, eləcə də müdafiə sənayesi şirkətlərini ziyarəti planlaşdırılır.

Müdafiə nazirinin rəsmi səfəri iyunun 29-dək davam edəcək.

CATEGORIES
TAGS