“Azərkosmos” tərəfindən birinci yarımildə 9 milyon dollardan çox xidmət ixrac olunub

“Azərkosmos” tərəfindən birinci yarımildə 9 milyon dollardan çox xidmət ixrac olunub

2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanın Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən dünyanın 43 ölkəsinə 9.5 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac olunub.

“Poliqon” xəbər verir ki, bu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yayımladığı “İxrac icmalı”nın iyul sayında öz əksini tapıb.

Bildirilib ki, “Azərkosmos” xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78 faizini təşkil edib. 2023-cü ilin iyun ayında isə “Azərkosmos” dünyanın 40 ölkəsinə 1.7 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

2023-cü ilin yanvar-iyun ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 2.7 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 2.1 milyon dollar ilə Lüksemburq, 837.7 min dollar ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 522.2 min dollar ilə Almaniya və 444.4 min dollar ilə Pakistan qərarlaşıb.

Poliqon.az

CATEGORIES