Azərbaycan “İndoDefence” sərgisində yeni müdafiə təyinatlı məmulatlar nümayiş etdirəcək

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar 7-10 noyabr tarixlərində İndoneziyada “Indo Defence-2012” beynəlxalq müdafiə sənayesi sərgisində nümayiş etdiriləcək. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə MSN-in mətbuat xidmətinin sərgi barədə yaydığı press-relizdə bildirilib.

Sərgi ilə bağlı nazir Yavər Camalovun başçılıq etdiyi nümayəndə heyəti bu ölkədə səfərdə olacaq.

Beynəlxalq sərgidə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan 125 adda müdafiə təyinatlı məmulatın nümayişi nəzərdə tutulur. Onların arasında müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələri, döyüş sursatları, optik nişangahlar, mühəndis texnikası və s. yer alır.

Sərgidə ilk dəfə MSN müəssisələrində yeni yaradılan və istehsal olunan gecəgörmə cihazı, zirehli dəbilqə, zirehli gödəkcə və atıcı silahlar üçün şəffaf patron daraqları da nümayiş etdiriləcək.

“Indo Defence-2012” sərgisində ABŞ, İngiltərə, Almaniya, İtaliya, Rusiya, Fransa, Türkiyə və digər inkişaf etmiş ölkələr olmaqla dünyanın 50-dən artıq ölkəsindən 500-dən artıq şirkətin iştirakı gözlənilir.

Sərgi zamanı nazir Yavər Camalovun İndoneziyanın dövlət rəsmiləri ilə görüşləri nəzərdə tutulur.

KATEQORIYA: