Azərbaycanın gömrük xidməti “Smiths Detection”un HCVG sistemini seçdi – FOTO
Dünyada təhlükəsizlik sistemlərinin aparıcı istehsalçılarından olan “Smiths Detection” şirkəti Azərbaycan gömrük xidmətindən 12 mln. avro dəyərində sifariş alıb. Bu barədə “AzeriDefence”yə “Smiths Detection” şirkətindən məlumat verilib.
Müqavilə çərçivəsində şirkət sifarişçiyə yük, qab, çən və avtomobildə gizlədilmiş partlayıcı maddələri, silah, narkotik və qaçaqmalı aşkar etmək üçün nəzərdə tutulan yüksək enerji HCV (Heimann Cargo Vision) sistemini çatdıracaq.
“Smiths Detection” şirkətinin prezidenti Mal Maginnisin sözlərinə görə, son üç ildə rəhbərlik etdiyi şirkət Qafqaz ölkələrindən X-ray və izləri aşkar edən avadanlıqlar üçün çoxlu sifarişlər alıb.
“Bu son müqavilə regionda təchizatçı kimi bizim mövqeyimizi bir daha təsdiq edir”, – deyə M. Maginnis bildirib.
Yüksək performanslı viZual texnologiyaya əsaslanan HCV G yük skaner sistemi ekranda konteynerlərin və ya nəqliyyat vasitələrinin ətraflı radioskopik görüntüsünü verir.