Azərbaycanlı mütəxəssis “DroidAir” adlı PUA yaradıb

Satışa çıxarılmış PUA-ya sifarişlər varAlmaniyada yaşayan azərbaycanlı aviakonstruktor Rauf Quliyev 8 prolepli “DroidAir” adlı pilotsuz uçuş aparatı (PUA) yaradıb. “AzeriDefence”nin “Azadlıq” radiosuna istinadən verdiyi məlumata görə, foto və ya video kamera ilə təchiz olunmuş bu PUA ilə yer üzərindən görüntülər əldə etmək mümkündür.

2011-ci ildən satışa təqdim olunan PUA üçün Almaniya, Hollandiya, İspaniya, İtaliya və digər ölkələrdən sifarişlər alınıb. Aparatın qiyməti 5 min manatdan başlayır, qaldıracağı ağırlıqdan asılı olaraq dəyişir:

“Aparat pultla vizual idarə olunur. İdarə ya videomonitorla, ya da video eynəklə canlı yayımda aparılır. GPS naviqasiyanı “Google maps” portalına qoşmaqla qurğunu istənilən məkana göndərmək olar. Aparat hədəfdən maksimum 1 metr yayına bilər. Pilotsuz aparat lazımi çəkilişləri etdikdən sonra avtomatik rejimdə geri qayıdır”, -deyə R. Quliyev vurğulayıb.

Qeyd edək ki, R. Quliyev 2002-ci ildə Milli Aviasiya Akademiyasını bitirib. 2006-ci ildə Almaniyanın Vürzburg universitetində Avropa Hüququ üzrə magistr dərəcəsi alıb və həmin universitetdə elmi müvəkkil işləməyə başlayıb. Onun PUA layihəsinə Vürzburg və Fizika İnformatika Universitetləri dəstək olub.

Hazırda R. Quliyev Frauenhofer İnstitutu və Bayreuth Universiteti ilə bərabər yeni layihə üzərində çalışır. Yeni layihəsi yüklərin boşaldılması və yerləşdirilməsini avtomatik icra edəcək aparatlardır.
Çəkisi 800 qram təşkil edən “DroidAir” PUA 9 kq artıq faydalı yük daşıya bilir. Onun 4 prolepi sındığı halda belə uça bilir.

Qeyd: PUA-nın uçuş videosunu buradan izləyə bilərsiniz: http://vimeo.com/27522212

KATEQORIYA: