Bakıda keçirilən SWIRMO beynəlxalq seminarı başa çatıb

Bakıda keçirilən SWIRMO beynəlxalq seminarı başa çatıb

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar” (SWIRMO) başa çatıb.

Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən “Poliqon”a verilən məlumata görə, sonuncu gündə yekun müzakirələr aparılıb və seminarın təhlili həyata keçirilib.

BQXK-nin əhəmiyyətli tədbirlərindən biri hesab olunan, 70-dən çox ölkədən yüksək rütbəli zabitlərin iştirak etdiyi seminarın bağlanış mərasimində iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, seminarın keçirilməsində məqsəd hərbi əməliyyatların idarə olunmasına dair beynəlxalq qaydaların anlaşılmasını dərinləşdirmək, müasir döyüş meydanında beynəlxalq humanitar hüququn tətbiqi ilə bağlı problemləri araşdırmaq, eləcə də hüququn hərbi planlaşdırma, əməliyyatların aparılması və əxlaqi dəyərlərin gücləndirilməsinə inteqrasiyasını, həmçinin eyni məkanda çalışan hərbçilərlə BQXK arasında qarşılıqlı anlaşmanı inkişaf etdirməkdir.

0228a0ea5241492b7d55c078be5b81f6 637b0569ae64bf2a9fdff5340dc52bb1 68dadd414db611d9cabdace9a722542e

CATEGORIES