Banqladeş Ordusu TRG-300 raket sisteminin atış sınaqlarını keçirib – VİDEO

Banqladeş Ordusu TRG-300 raket sisteminin atış sınaqlarını keçirib – VİDEO

Banqladeş Ordusu Türkiyənin “Roketsan” şirkətindən alınan TRG-300 “Tiger” raket sisteminin atış sınaqlarını keçirib.

“Poliqon” xəbər verir ki, bu barədə Banqladeşin “Somoy” televiziya kanalı məlumat yayıb.

Məlumatda bildirilib ki, atış sınaqları Şilkali Teknaf Sahə Atış Poliqonunda Banqladeş Ordusunun Baş Qərargah rəisi general Şafiuddin Əhmədin iştirakı ilə keçirilib.

Sınaq atışı zamanı birinci buraxılan TRG-300 raketi 120 kilometr məsafəni 4 dəqiqə ərzində qət edərək hədəfi uğurla vurub. 10 dəqiqə sonra isə ikinci raket buraxılıb və Banqladeş Ordusu tərəfindən ölkə ərazisində ilk dəfə keçirilən TRG-300 raket sisteminin atış sınaqları müvəffəqiyyətlə nəticəsinib.

Xatırladaq ki, Banqladeş Silahlı Qüvvələri tərəfindən TRG-300 ilk dəfə geniş ictimaiyyət qarşısına müstəqillik günü ilə bağlı keçirilən hərbi paradda çıxarılıb. “Roketsan” şirkəti bu raket sistemini ötən ilin may ayında Banqladeş Ordusuna təhvil verib.

Poliqon.az

CATEGORIES
TAGS