BƏƏ IDEX-2025 sərgisinin ilk iki günündə 2.6 milyard ABŞ dolları dəyərində müqavilələr imzalayıb

BƏƏ IDEX-2025 sərgisinin ilk iki günündə 2.6 milyard ABŞ dolları dəyərində müqavilələr imzalayıb

IDEX-2025 və NAVDEX-2025 sərgilərinin ikinci günündə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tərəfi yerli və beynəlxalq şirkətlərlə 5.8 milyard AED (1.57 milyard ABŞ dolları) dəyərində 5 müqavilə imzalayıb.

“Poliqon” xəbər verir ki, bu, “Tawazun” Şurasının sözçüləri Majed Ahmed Al Caberi, Mohammed Saif Al Zaabi və Mahra Belal Al Dhaherinin iştirakı ilə keçirilən mətbuat konfransında elan edilib.

Bildirilib ki, müqavilələr Müdafiə Nazirliyi və təhlükəsizlik qüvvələri üçün satınalma və sövdələşmələrin idarə edilməsinə cavabdeh olan BƏƏ-nin “Tawazun” Şurası tərəfindən imzalanıb.

Maha Bilal Al Dhaheri sərgilərin ikinci günündə yerli şirkətlərlə bağlanan müqavilələrin ümumi dəyərinin 5.57 milyard AED (1.51 milyard dollar) olduğunu və üç sövdələşmənin imzalandığını açıqlayıb.

Şuranın ikinci gün yerli şirkətlərlə imzaladığı müqavilələrə aşağıdakılar daxildir:

  • “Calidus Aerospace” şirkəti ilə HEDA raket sisteminin alınması üçün 3.76 milyard AED (1 milyard dollar);
  • “International Golden Group” şirkəti ilə döyüş sursatınlarının alınması üçün 492 milyon AED (133.9 milyon dollar);
  • “DTEC Industries Limited” şirkəti ilə 50 metrlik dəniz nəqliyyat gəmilərinin alınması üçün 1.38 milyard AED (375.6 milyon dollar).

Mohammed Saif Al Zaabi sərgilərin ikinci günündə xarici şirkətlərlə bağlanan müqavilələrin ümumi dəyərinin 213 milyon AED (57.9 milyon dollar) olduğunu və iki sövdələşmənin imzalandığını qeyd edib.

Şuranın ikinci gün xarici şirkətlərlə imzaladığı müqavilələrə aşağıdakılar aiddir:

  • Fransanın “MBDA” şirkəti ilə dəniz platformalarına texniki dəstək və təmir xidmətlərinin göstərilməsi, eləcə də ehtiyat hissələrinin tədarükü üçün 32 milyon AED (8.7 milyon dollar);
  • İtaliyanın “Augusta Westland Aviation Services” şirkəti ilə təyyarələrə texniki dəstək və təmir xidmətlərinin göstərilməsi, eləcə də ehtiyat hissələrinin tədarükü üçün 181 milyon AED (49.2 milyon dollar).

Qeyd olunub ki, sərgilərin ilk iki günündə BƏƏ Müdafiə Nazirliyi və təhlükəsizlik qüvvələri üçün ümumilikdə 9.77 milyard AED (2.6 milyard dollar) dəyərində 18 müqavilə imzalanıb.

CATEGORIES
TAGS