Xəbərlər
Belarus Dövlət Hərbi-Sənaye Komitəsinə yeni sədr təyin edilib

Dmitri Pantus Belarus Dövlət Hərbi-Sənaye Komitəsinin sədri vəzifəsinə təyin edilib.
Bu barədə “Azeri Defence”ə Belarus Dövlət Hərbi-Sənaye Komitəsindən məlumat verilib.
Dmitri Pantus 2014-cü ildən Belarus Dövlət Hərbi-Sənaye Komitəsinin sədrinin müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, Komitənin keçmiş sədri Roman Qolovçenko iyunun 4-də Belarusun Baş naziri təyin olunub.




