Belarusda “Qroza-Z1” mobil sistemi yaradılıb

Belarusda “Qroza-Z1” mobil sistemi yaradılıb

Belarusun “KB Radar” Cəmiyyəti tərəfindən obyektlərin pilotsuz uçuş aparatlarından (PUA) qorunması üçün təyin edilmiş “Qroza-Z1” mobil sistemin hazırlanması və istehsalı başa çatdırılıb.

“Poliqon” xəbər verir ki, bu barədə Belarusun Dövlət Hərbi-Sənaye Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Sistem ən çox yayılmış PUA-ların işlədiyi tezliklərə avtomatik olaraq nəzarət edir. PUA-lar görünəndə sistem onların siqnallarını tanıyır və idarəetmə kanallarını, məlumat ötürülməsini və naviqasiyanı avtomatik olaraq susdurur. Göstərilən təsir nəticəsində PUA ya düşür, ya təcili eniş edir, ya da “evə” qayıdır. Bundan başqa, sistemin əhəmiyyətli üstünlüyü, onun PUA üçün uçuşa qadağan zonası yaratmaqdan ötrü yanıltıcı naviqasiya müdaxiləsi qurma qabiliyyətidir.

Sistemin PUA aşkaretmə məsafəsi 2 kilometrə qədərdir. İdarəetmə və məlumat ötürmə kanallarının susdurulma məsafəsi 500 metrdən az deyil, naviqasiya söndürmə məsafəsi 2 km-dən az deyil, yanıltıcı naviqasiya yaratma məsafəsi 10 km-ə qədərdir.

Sistem mobilliyi artırmaq və istifadə nöqtəsinə sürətli çatdırılmaqdan ötrü istənilən avtomobil şassisinə quraşdırıla bilər. PUA-lara qarşı iş həm dayanacaqda, həm də hərəkətdə olan zaman həyata keçirilə bilir ki, bu da yalnız stasionar obyektlərin qorunmasını deyil, həm də nəqliyyat karvanlarının təhlükəsizliyini təmin etməyə imkan verir.

“Qroza-Z1” sistemi 23-26 iyun 2021-ci il tarixlərində Minskdə keçiriləcək “MILEX-2021” beynəlxalq sərgisində nümayiş etdiriləcək.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS