Boeing elektrik sistemin sıradan çıxaran raketi testdən keçirir

Boeing şirkəti üzərindən keçdiyi strateji hədəflərin elektrik təchizatı sistemini sıradan çıxaran yeni raketin testlərini keçirib. Bu barədə “AzeriDefence” Boeing şirkətinin saytına istinadən məlumat verib.

Counter-electronics High Power Microwave Advanced Missile Project (CHAMP) adlanan proqram ABŞ Hava Qüvvələri Araşdırma Laboratoriyası ilə birgə həyata keçirilir.

Şirkət yeni raketin hərb sənayesində “tarixi addım” olduğunu qeyd edib.

CHAMP raketi üzərindən uçduğu bölgədə fiziki dağıntı törətmir. Yalnız enerji sistemini sıradan çıxarır və elektriklə işləyən cihazların fəaliyyətini dayandırır. Döyüş təyyarəsindən buraxılan CHAMP yaydığı yüksək enerjili mikrodalğalar sayəsində elektrik cihazlarını sıradan çıxarır. Güclü radiodalğalar sayəsində binada kompüterlər də daxil olmaqla enerji ilə çalışan bütün cihazlar sıradan çıxır.

CATEGORIES