Bu il üç “Karakurt” gəmisi Rusiya HDQ-yə təhvil veriləcək
22800 “Karakurt” layihəsi əsasında inşa edilən növbəti üç gəmi bu il Rusiya Hərbi Dəniz Qüvvələrinin (HDQ) istifadəsinə veriləcək.
“Poliqon” TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.
O qeyd edib ki, sözügedən layihə üzrə inşa olunan daha iki gəminin 2024-cü ildə istismara verilməsi planlaşdırılır.
TAGS 22800 Karakurt