Çexiya ABŞ-dan F-35A döyüş təyyarələri almaq istəyir

Çexiya ABŞ-dan F-35A döyüş təyyarələri almaq istəyir

Çexiya ABŞ-dan “Lockheed Martin” şirkətinin istehsalı olan beşinci nəsil F-35A “Lightning II” çoxməqsədli döyüş təyyarələri alacaq.

“Poliqon” xəbər verir ki, bu barədə Çexiyanın Baş naziri Petr Fiala bildirib.

Çexiyanın Baş naziri F-35A “Lightning II” təyyarələrinin alınması üçün ABŞ hökuməti ilə danışıqların başladığını vurğulayıb. Petr Fialanın sözlərinə görə, Çexiya Hərbi Hava Qüvvələri üçün 24 ədəd F-35A “Lightning II” təyyarəsinin alınması planlaşdırılıb.

Çexiyanın müdafiə naziri Yana Çernoxova F-35A “Lightning II” döyüş təyyarələrinin alınması ilə bağlı danışıqların 2023-cü ilin oktyabr ayının sonuna qədər yekunlaşacağını və bundan sonra yekun qərarın veriləcəyini bildirib.

Qeyd edək ki, “Lockheed Martin” şirkətinin istehsalı olan beşinci nəsil “F-35 Lightning II” təyyarələri üç modifikasiyada hazırlanıb: F-35A (CTOL – conventional takeoff and landing) ənənəvi uçuş və eniş, F-35B (STOVL — Short take-off and vertical landing,) qısa qalxma və şaquli eniş, F-35C isə aviadaşıyıcıdan havaya katapultla qalxır, aerofinişerdən istifadə edərək eniş edir.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS