Danimarka və Niderland ukraynalı pilotlara F-16-larla bağlı təlim keçəcək

Danimarka və Niderland ukraynalı pilotlara F-16-larla bağlı təlim keçəcək

Danimarka və Niderland F-16 döyüş təyyarələrindən istifadə edəcək ukraynalı pilotlara təlim keçməyə başlayacaq.

“Poliqon” xəbər verir ki, bu sözləri Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib.

O bildirib ki, ukraynalı pilotlara sözügedən təlimlərin keçirilməsi üçün Danimarka və Niderland tərəfindən “Təyyarə koalisiyası” yaradılıb.

“Bu, yalnız ilk addımdır. Tezliklə digər ölkələrin də koalisiyaya qoşulduğunu görəcəyik. İyul ayına qədər proqram hazır olacaq, bu proqramda hərbçilərimizin hazırlığı üzrə ardıcıl plan yer alacaq”, – deyə Ukraynanın müdafiə naziri qeyd edib.

Poliqon.az

CATEGORIES
TAGS