Dövlət sərhədini pozmağa cəhd göstərən Nepal vətəndaşları saxlanılıb

Dövlət sərhədini pozmağa cəhd göstərən Nepal vətəndaşları saxlanılıb

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi və qеyri-lеqal miqrasiyaya qarşı mübarizə tədbirləri davam еtdirilir.

DSX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, may ayının 6-da saat 21:59-da Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər Nepal vətəndaşı saxlanılıb.

Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin dövlət sərhədini pozaraq qanunsuz yolla keçmələrinə bələdçilik edən Azərbaycan vətəndaşları Nadirli Xalid Teymur oğlu və Ağayev Tural Teymur oğlu müəyyən edilərək istintaqa cəlb edilib.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Poliqon.az

CATEGORIES