“DroneShield” yeni “DroneGun Mk4” antidron sistemini təqdim edib

“DroneShield” yeni “DroneGun Mk4” antidron sistemini təqdim edib

“DroneShield” şirkəti tərəfindən yeni “DroneGun Mk4” daşınan antidron sistemi təqdim olunub.

“Poliqon” “DroneShield”ə istinadən xəbər verir ki, “DroneGun Mk4” uzun mənzilli “DroneGun Tactical” və ultra yüngül çəkili “DroneGun MK3”ü əvəz etmək üçün deyil, “DroneGun” məhsul ailəsinin yeni üzvü olaraq hazırlanıb.

İstehsalçının bildirdiyinə görə, “DroneGun Mk4” ölçü və qabiliyyət arasındaki optimal xətdə qərarlaşıb.

Çəkisi 3.2 kiloqram olan bu antidron sistemi -20 ilə +55 dərəcə temperatur aralığında fəaliyyət göstərmək imkanına və eyni vaxtda birdən çox pilotsuz uçuş aparatının (PUA) siqnallarını pozmaq bacarığına sahibdir.

Poliqon.az

CATEGORIES
TAGS