SƏRHƏDXəbərlər

DSX həqiqi hərbi xidmətə və işə qəbul elan edir

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) həqiqi hərbi xidmətə və işə qəbul elan edir.

Bu barədə “Poliqon”a DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Bildirilib ki, DSX-də həqiqi hərbi xidmət keçmək arzusunda olan vətəndaşlar Dövlət Sərhəd Xidmətinə qəbul olunmaq üçün sənədlərini təqdim edə bilərlər.

Namizədlər aşağıdakı tələblərə cavab verməlidir:

  • Müddətli həqiqi hərbi xidmət keçmiş olmalı;
  • 30 yaşı keçməməli;
  • Fiziki cəhətdən sağlam olmalı.

Müraciət etmək istəyən kişi namizədlərin Dövlət Sərhəd Xidmətinin Aparatına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadr bölmələrinə yaxınlaşması xahiş olunur.

Ünvan: Bakı şəhəri, Z. Əliyeva küçəsi 30.

Əlaqə nömrəsi: 012-493-62-47

Back to top button